Dərc edilib: 01-06-2023

https://www.nuh.az/34609-.html

Elmira Axundova getdi...Yeni səfir Ukraynada tezliklə fəaliyyətə başlayacaq

01.06.2023 23:42:23

LIVE

Azərbaycanın Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq. 


“Qafqazinfo” xəbər verir ki, bunu iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

Bundan başqa, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edilib. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib