Dərc edilib: 03-06-2023

https://www.nuh.az/34621-.html

Tarqovı"da sapandla “World Telekom”dan 24 minlik telefon oğurladı

03.06.2023 08:38:37

LIVE

Tarqovı"da sapandla “World Telekom”dan 24 minlik telefon oğurladı

"World Telekom” mağazasını sapandla sındırıb 24 min manat dəyərində telefonlar oğurlanıb. 
Qaynarinfo-nun məlumatına görə, hadisə 1988-ci il tarixdə Şuşa şəhərində anadan olmuş Aydın (şərti) tərəfindən törədilib.
O izahatında bildirib ki, oğurluq etmək məqsədi ilə 20 noyabr 2022-ci il tarixdə, saat 4 radələrində "Tarqovı" adlanan küçəyə gedib. Özü ilə bir ədəd torba, bir ədəd hazırladığı sapand və şüşə sındırmaq üçün avtomobildə istifadə edilən "sveça"nı götürüb. 
Əvvəlcə "Tarqovı"da gəzərək, şüşə qapıları olan mağazalara baxıb və ora daxil olub-olmamaq imkanlarını araşdırıb. Müşahidə zamanı Əlizadə küçəsində yerləşən "World Telekom” mağazasının qarşısna gəlib, ərazidə heç kimin olmadığını görükdən sonra sapandı çıxararaq "sveça"nı arasına qoyub və mağazanın şüşə qapısının birini vuraraq sındırıb. Sonra mağazadan 1 ədəd "İphone 14128” (2339 manat), 3 ədəd "İphone 14 Plus 128” (hər biri 2799 manat), 1 ədəd "Samsung S 901 128” (2099  manat), 2 ədəd "Samsung S 906 256” (2499 manat) və 2 ədəd "Samsung S 908 256” (3099 manat) markalı mobil telefonları oğurlamaqla şirkətə ümumilikdə 24031 manat dəyərində maddi ziyan vurub. 
O, mağazanın şüşə qapısı və içində olan rəfin şüşələri sıdırmaqla ümumilikdə 650 manat dəyərində əmlaka da zərər vurub. 
Məhkəmənin qərarı ilə Aydın Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib