Rüşvət alarkən tutulan gömrük polkovniki azadlığa buraxıldı
Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin sabiq rəisi polkovnik Ceyhun Babayev azadlığa buraxılıb.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Ceyhun Babayevin çəkilməmiş həbs müddəti şərti cəza ilə əvəz edilib.
Yerli məhkəmə qərar qəbul edərkən məhkumun təyin olunmuş cəzasının 2/3 hissəsinin çəkilməsini və cəzaçəkmə müəsisəsinin rəyini əsas götürüb.
Ona qarşı Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) maddəsi ilə ittiham verilib.
C. Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-c il 26 fevral tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.