Dərc edilib: 03-06-2023

https://www.nuh.az/34634-.html

Cəbrayıl Şıxəliyev Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət etdi

03.06.2023 14:17:13

Hadisə

Tanınmış  təhsil işçisi, "Əməkdar müəllim" Cəbrayıl Şıxəliyev Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edib.  
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya
AÇIQ MƏKTUB. 

Hörmətli Spiker,  MM-in Neftçala rayonundan seçilmiş deputatı (mən özüm Zəngilan rayonundanam və bizim də düz 6 Çağırış dalbadal seçilən İmamverdi İsmayılov da orda oturur) hörmətli Xalq yazıçısı Sabir Rüstəmxanlının MM-in dünənki plenar iclasında çıxışı məni bu sətirləri yazmağa vadar etdi.
Sabir müəllim çox haqlı olaraq qeyd edir ki,65 yaşı çatmış müəllimlər sizin qəbul etdiyiniz qanunlardakı girəvə maddələri,onların pul dağarcığı sayılan bəndərinin Bağırov Eşqi kimi özbaşına məmurlar tərəfindən özlərinə sərf edəcək səviyyədə qəbul etdikləri qərarlardan beziblər.
65 yaşdan sonra bir il,bir il olmaqla müqavilənin uzadılmasının hansı hallarda mümkünlüyü aydın şəkildə izah edilib.Xatırladıram:
Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində MÜƏLLİMLƏRƏ TƏLƏBATIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ,PEDAQOJİ KADRLARIN İŞƏ QƏBULU VƏ YERDƏYİŞMƏSİ HAQQINDA 15 MART 2017-Cİ İL TARİXLİ 54 №-Lİ ƏMRLƏ TƏSDİQ OLUNMUŞ QAYDALARIN 2-Cİ MADDƏSİNİN 2,3-CÜ BƏNDİ -
Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10 - 1 maddəsi və TN-nin 15.07.2011-ci il tarixli 1404 №-li əmri ilə müəyyənləşdirilmiş TƏLƏBLƏR VƏ MEYARLAR:
1. Son bir ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi.
2. Dövlət təltifləri ilə təltif edilməsi.
3. Attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi.
4. Səhhətinin vəzifəsinin icrasına imkan verməsi.
5.İşlədiyi kollektivdə və cəmiyyətdə nüfuz sahibi olması.
6. Həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükünün 18 saatdan aşağı olmaması.
QEYD: Həmin il işçinin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticə nəzərə
alınmalıdır.
Yuxarıda sadalananların hamısı məndə artıqlaması ilə olduğu halda,TN (indi ETN) İRŞ-nin müdir əvəzi (indi müdiri) Bağırov Eşqi Cəfər o.tərəfindən nəzərə alınmadı,əvəzində yetərincə özünün əlini kürəyinə qoyduqlarını 70 yaşadək saxladı,hələ də saxlayır.
65+ yaş həddindəki müəllimlərə TN (ETN) sanki bir gilyotin aparatıdır və Eşqi də o aparatı kimsədən qorxmadan,hürkmədən çox rahatca işə salan birisi...
O mənada hörmətli Sabir Rüstəmxanlının təklifini gündəliyə salıb müvafiq qərar qəbul etməyinizi rica edirəm.
Əgər belə etsəniz,güman edərəm ki,Eşqinin atası Bağırov Cəfər Əziz oğlunu pandemiyanın tüğyan etdiyi bir vaxtda 70 yaşdan sonra MM Aparatının Mətbəə müdiri gətirməyiniz təsadüfidir.Və köməkçiniz Hacıyev Fərid Famil oğlunun Bağırov Eşqinin təsis etdiyi "ALLURE" MMC-sinə şərikliyinin bu təyinatla bir əlaqəsi yoxdur...
Hörmətlə: Azərbaycan Respublikasının "TƏRƏQQİ" medallı (2010) Əməkdar müəllimi (2016),TN Kollegiyasının Fəxri Fərmanına (2002) layiq görülmüş,müəllimlərin 13-cü qurultayının(2008) nümayəndəsi olmuş,işğaladək Zəngilan rayonundakı Səməd Behrəngi adına Bartaz dayanacağı kənd orta məktəbinin,işğal dövründə isə Bakının Binəqədi rayonunda fəaliyyətini bərpa etmiş Zəngilan rayon 4 №-li orta (2009-cu ildən tam orta) məktəbinin 29 il fasiləsiz və qüsursuz direktoru işləmiş, Eşqi kimi harının haqsızlığına düçar olmuş,6 ilə yaxındır ki,etdiyi şikayətlərinə məhəl qoyulmayan ixtisasca ingilis - Azərbaycan dilləri müəllimi Şıxəliyev Cəbrayıl Əli oğlu.
Bakı şəhəri,Binəqədi rayonu,Vll MKR,2 №-li ETK-nın həyətində məcburi köçkünlər üçün inşa edilmiş şəhərcik, bina 2 mənzil 48.
Tel. 055 204 99 99.
02 iyun 2023-cü il. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib