Dərc edilib: 03-06-2023

https://www.nuh.az/34635-.html

Şuşada kütləvi məzarlıq tapılıb - Fotolar

03.06.2023 14:36:37

LIVE

Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib.

“Qafqazinfo”nun Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, kütləvi məzarlıq Şuşa türməsinin ərazisində aşkar olunub.

Qeyd edək ki, bundan əvvəl Başlıbel, Edilli, Fərrux ərazilərində də kütləvi məzarlıqlar aşkar edilmişdi.

 
***

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında bildirib ki, mütəxəssislərin ilkin rəyinə görə, sümük qalıqları 4 nəfərə məxsusdur. Hazırda qazıntı işləri davam etdirilir.

Hüseyn Məmmədsalahov

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib