İLK DƏFƏ! Yadplanetlilərlə bağlı ŞOK AÇIQLAMA
ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) ilk dəfə olaraq Naməlum Uçan Obyekt (UFO) və Naməlum Hava Fenomeninə (UAP) dair açıq mətbuat konfransı keçirib.
Musavat.com xəbər verir ki, 16 alimin qatıldığı yığıncaqda ABŞ Müdafiə Nazirliyi tərəfindən keçən il qeydə alınan və binaların üzərində sürətlə hərəkət edən metal kürəni göstərən görüntünün araşdırıldığı, lakin hələ də nə olduğu müəyyən edilmədiyi bildirilib.
Dörd saatdan çox davam edən görüşdə tədqiqat qrupu dünya üzrə 800-dən çox UAP-nin qeydiyyata alındığını, onlardan yalnız 2-5 faizinin "anormal" kateqoriyasında olduğunu açıqlayıb.
Tədqiqat qrupunun rəhbəri David Spergel deyib: "Biz hələ Yerdən kənarda həyat tapmamışıq, lakin axtarırıq".
Spergel qeyd edib ki, sözügedən obyektlər hava təhlükəsizliyi üçün açıq problem yaratmır, lakin daha çox məlumat əldə etmək lazımdır.