Dərc edilib: 04-06-2023

https://www.nuh.az/34646-.html

Ağıllı adamların əlamətləri - Bu 11 vərdiş sizdə var?

04.06.2023 09:24:38

LIVE

IQ-sü yüksək olan insanlar adi insanlardan fərqli xüsusiyyətlərə malikdirlər. Onlardan bəziləri sizin üçün maraqlı ola bilər.

Beləliklə, başlayaq! 


Yüksək yumor hissi


Ağıllı insanlar hər hansı məclisdə lətifə danışaraq insanları güldürməzlər. Hər kəsin başa düşə bilməyəcəyi ağıllı zarafatlar edirlər.

 

Müşahidə etmək bacarıqları 


Ağıllı insanlar hər hansı bir durumda bütün detalların sürətlə fərqinə varır və analiz edirlər.

 

Keçmişdən dərs 

 

Ağıllı insanların həyatında "Kaş ki" ifadəsinə yer yoxdur. Yaşadıqları hər hadisədən nəticə çıxarmaq bacarıqlarına malikdirlər. Gördükləri işlərdə ya qazanırlar, ya da öyrənirlər, amma əsla uduzmurlar.

 

Açıq fikirlilik 

 

Keyfiyyətli məsləhətləri həm dinləyir, həm də dinləməyi bacarırlar. Deyilənlərdən sadəcə paylarına düşəni götürürlər, yəni filterdən keçirirlər.

 

Neqativ düşünməyə vaxt yoxdur!

 

Onlar üçün zaman qiymətlidir. Vaxtlarını kiminsə haqqında pis danışmağa, dedi-qoduya xərcləmirlər.

 

Verdiklərini qərarların arxasındadırlar!

 

İsrar etmir və sizə əsla "Sifət etmirlər". Sona qədər düşüncələrinin arxasında dayanırlar və bu fikri müzakirə etməyə həmişə açıqdılar. Heç vaxt ünsiyyətdən qaçmırlar.

 

Təcrid olmağı bacarırlar

 

Özlərini dinləmək istədikdə, asanlıqla daxili səslərini eşidə və özlərinə təslim ola bilirlər.

 

Narahatlıq

 

Bəzən narahatlıq hissini çətinliklə idarə edirlər. Çünki hadisələrə bütöv bir mənzərədən baxır və hər ehtimalı nəzərə alırlar. 

 

Təkliyi sevirlər

 

Tək vaxt keçirməkdən zövq alırlar. Təkbaşına kinoteatra getməyə və kafedə oturmağa çəkinmirlər.

 

Hər hansı bir asılılıqları var

 

Bu, onların neqativ adlandıra biləcəyimiz xüsusiyyətlərindən biridir. Asılılığa meyllidirlər.

 

Mütalicə sevgisi


Hər kitabı oxumazlar, işlərinə yarayacaq kitabları oxuyub təhlil edərlər. Bir kitabı, adətən sona qədər oxumurlar. Nəzərdən keçirib, ancaq bəzi yerlərini oxuyub nəticə çıxarırlar. Bilirlər ki, ehtiyac duyduqları cümləni hardan tapmaq olar. (publika)

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib