Dərc edilib: 05-06-2023

https://www.nuh.az/34657-.html

İlkin Süleymanova hökm oxundu - Video

05.06.2023 12:49:02

LIVE

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürüb cəsədini yandırmaqda ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması sona çatıb.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən İlkin Süleymanov ittiham olunduğu maddələrlə təqsirli bilinərək 18  il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi 2020-ci ildə baş verib. 1973-cü il təvəllüdlü İlkin Süleymanov həmkəndlisi-10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə, cəsədini yandırmaqda ittiham olunur.

İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.

Hökmün elan edilməsindən sonra İlkin Süleymanovun ailəsi buna etiraz edib və məhkəmə zalında gərginlik yaşanıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib