Dərc edilib: 05-06-2023

https://www.nuh.az/34665-.html

Uşaq səkkizinci mərtəbədən yıxıldı, ancaq sağ qaldı

05.06.2023 23:58:12

LIVE

Krasnoyarskda beş yaşlı uşaq anası iş üçün gedib onu mənzildə tək qoyduğu vaxr səkkizinci mərtəbənin eyvanından yerə düşüb.
 
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə vilayət polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, oğlan sağ qalıb və "müxtəlif dərəcəli xəsarətlərlə" xəstəxanaya yerləşdirilib.
 
Müəyyən edilib ki, uşağın anası oğlunu tək qoyaraq evdən iş üçün çıxıb. Uşaq balkona çıxıb, stula qalxıb və məhəccərdən asılı qalaraq düşüb.
Buna qədər Rusiyada ailə hüquq-mühafizə orqanlarının baxış sahəsinə düşmürdü.

NUH informasiya agentliyi səhifəsindən çap edilib