Dərc edilib: 06-06-2023

https://www.nuh.az/34667-.html

Şəfiqə Nağıyevanı maşın vurdu

06.06.2023 08:26:20

LIVE

Tanınmış vəkil Şəfiqə Nağıyevanı avtomobil vurub. 


“Qafqazinfo” xəbər verir ki, vəkilin qəza keçirməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, hadisə aparıcı Tarix Əliyevin ( Tolik) ad günü məclisindən çıxarkən Nizami rayonunda baş verib.

 
Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsindən “Qafqazinfo”ya təsdiq ediblər.

İdarənin baş inspektoru Araz Əsgərli deyib ki, hadisə nəticəsində vəkil dərhal xəstəxanaya aparılıb, vəziyyətinin yaxşı olduğu bildirilir:

“Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə törədən “KİA” markalı avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib. Hazırda araşdırma aparılır.”

NUH informasiya agentliyi səhifəsindən çap edilib