Dərc edilib: 07-06-2023

https://www.nuh.az/34679-.html

QƏRAR VERİLDİ: İsveç PKK-çıları Türkiyəyə verir

07.06.2023 07:37:46

LIVE

İsveç Ali Məhkəməsi PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına qərar verib. 


“Report” xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti yazıb.

“Ali Məhkəmə PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib”, - nəşr yazıb.

Məhkəmədən sonra İsveç hökuməti ekstradisiya ilə bağlı qərar verməlidir.

Söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs edilən 35 yaşlı kişidən gedir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun müraciəti əsasında həyata keçirilib.

“Aftonbladet” İsveç Ali Məhkəməsinin qərarının NATO-nun Vilnüs sammitindən bir müddət əvvəl verildiyinə diqqət çəkib. Sammit iyulun 11-12-də keçiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib