Bu vəzifədə ilk qadın oldu - ABŞ-dən Türkiyəyə qayıtdı
Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu vəzifəsindən azad edilib, yerinə Hafize Qaye Erkan təyin edilib.
"Qafqazinfo" Türkiyə mətbuatın istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.
Bu vəzifə üçün yaşadığı və çalışdığı ABŞ-dən Türkiyəyə qayıdan Erkan qurumun ilk qadın prezidenti olub.
Qeyd edək ki, Erkan 1982-ci ildə anadan olub. O, 2001-ci ildə Boğaziçi Universitetini bitirdikdən sonra təhsilini ABŞ-nin Prinston Universitetində davam etdirib.

