Dərc edilib: 09-06-2023

https://www.nuh.az/34706-.html

Dünyadakı 3 fövqəldövlət - ABŞ və SSRİ idi, indi isə...

09.06.2023 08:21:22

LIVE

Amerikalı general dünyadakı 3 fövqəldövlətin adını açıqladı: "ABŞ və SSRİ idi, indi isə..."

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Millli bildirib ki, dünyada ən azı üç fövqəldövlət var.

Hit.az xəbər verir ki, general həmin dövlətlərin ABŞ, Rusiya və Çin olduğunu bildirib.

Onun fikrincə, yaxın bir neçə onillikdə dünya “çox ciddi çağırışlar və böhranlarla” üzləşəcək.

 

"İndi getdikcə daha aydın olur ki, biz həqiqətən də ən azı üç fövqəldövlətin - ABŞ, Çin və Rusiyanın olduğu çoxqütblü beynəlxalq mühitdəyik", deyə Mark bildirib.

General qeyd edib ki, Soyuq Müharibə dövründə qarşıdurma iki fövqəldövlət - ABŞ və SSRİ arasında olub, SSRİ-nin dağılmasından sonra ABŞ bir müddət yeganə supergüc olub: "Üç ikidən daha çətindir".

Mark Milli əlavə edib ki, vəziyyət bəzi ölkələrin öz regionlarında daha ciddi rol oynamağa başlaması ilə mürəkkəbləşib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib