Dərc edilib: 09-06-2023

https://www.nuh.az/34708-.html

“Bulvar”da tum qabığlarını yerə atan şəxs 10 sutka həbs edildi

09.06.2023 12:48:54

Maraqlı

“Bulvar”da tum qabığlarını yerə atan şəxs həbs edildi

 

 Dənizkənarı Milli Parkda tum çırtlayaraq qabığını yerə atan şəxs həbs olunub. Qaynarinfo-nun məlumatına görə, tum çırtlayaraq qabığını yerə atan 1998-ci il təvəllüdlü Şəmkir rayon sakini Cavada polislər belə etməməyi tövsiyyə edib. Cavad izahatında bildirib ki, gecə saat 23:00 radələrində dostu Anar Quliyevlə dənizkənarı ərazidə tum çırtladıqlarını, onların yanına gələn polis əməkdaşları elə ilk dəfədən onlarla pis rəftar etdiyini, hətta onlardan birinin nalayiq ifadə işlədərək yumruğu ilə onun sinəsinə vurduğunu iddia edib. Qarşılığında özü də polisə yumruq atıb. Daha sonra ərazidən qaçıb. Amma şəhərdə saxlanılaraq, polis şöbəsinə aparılıb. Məhkəmənin qərarı ilə Cavad İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib