Dərc edilib: 10-06-2023

https://www.nuh.az/34716-.html

Metro işçilərinin maaşı artırıldı

10.06.2023 09:46:52

LIVE

“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb. 


Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov qeyd edib ki, may ayında Müşahidə Şurasının iclası keçirilib:

 
 

“Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev artımla bağlı protokol imzalayıb. Daha sonra “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov daxili Qərar imzalayıb”.

Qurum rəsmisinin sözlərinə görə, artımlar 1 yanvar 2023-cü ildən etibarən qüvvədədir:

“Bu səbəbdən də əməkdaşlarımız növbəti aylarda əvvəlki artımları da alacaqlar”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib