Dərc edilib: 10-06-2023

https://www.nuh.az/34719-.html

Qadın atraksiondan yıxılıb öldü - Xırdalan parkında dəhşət

10.06.2023 10:23:10

LIVE

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 


“Qafqazinfo” xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.

 
Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II  və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.

M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib