Dərc edilib: 10-06-2023

https://www.nuh.az/34721-.html

...Yarım saat sonra türk ordusu İrəvanda olacaq

10.06.2023 10:55:11

LIVE

Azərbaycanda olduğu kimi, Ermənistanda da “5-ci kalon” adlanan, əslində isə “KQB”-“FSB”- korrupsiya şəbəkəsinin üzvlərindən ibarət təşkilatlanmış qüvvələr, iki ölkə arasında sülh sazişinin imzalanmasına, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına, bir sözlə, Rusiyanın Güney Qafqazdan ayağının kəsilməsinə gizli-açıq müqavimət göstərir.
 
“Rusları buradan qovmaq problemi var ki, bu da Qərbin arzusudur. Təbii ki, Türkiyə də Qərbə qoşulur”. 
 
Moderator.az xəbər verir ki, bu fikri “İravunk” nəşrinə müsahibəsində “Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru, türkoloq” kimi  təqdim edilən Tiran Lokmagözyan ifadə edib.
 
O, bunu erməni müxbirin “Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etdi ki, Ermənistanın sərhədlərinə nəzarət bütünlüklə erməni xidmətləri tərəfindən həyata keçirilməlidir. Belə olan halda Ermənistan-Türkiyə sərhədini hansı gələcək gözləyir, Rusiya qoşunlarının iştirakı olmadan sərhəd nəzarətini həyata keçirmək nə dərəcədə mümkündür?” sualını cavablandırarkən söyləyib.
 
“20 ildir eyni şeyi təkrar edirəm,  Rusiya ordusu artıq Ermənistan-Türkiyə sərhədində dayanmadığı anda türk ordusu yarım saatdan sonra İrəvan meydanında dayanacaq. Deyirlər NATO qoşunları gələcək, təbii ki, gələcək, amma axı Ermənistan ən yaxın NATO əsgərləri türk əsgərləridir. Bəli, NATO-nun Türkiyə qoşunları dərhal Ermənistana daxil olacaq”, – deyə Rusiyapərəst “türkoloq” vurğulayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib