Dərc edilib: 10-06-2023

https://www.nuh.az/34723-.html

Seçkini saxtalaşdıran Əfruz müəllimə haqqa qovuşdu

10.06.2023 11:17:13

LIVE

Bir neçə il öncə bələdiyyə seçkiləri zamanı gündəmə gələn, Bakı şəhər Yasamal rayon 13 saylı orta məktəbin idman müəllimi Əfruz Hacıyeva vəfat edib.


“Qafqazinfo” xəbər verir ki, o, ötən gün xəstəlik səbəbindən dünyasını dəyişib.

 
 13 saylı məktəbdən saytımıza bildirilib ki, Əfruz Hacıyeva bir müddət əvvəl yaşla əlaqədar pensiyaya çıxıbmış.

Qeyd edək ki, Ə.Hacıyeva 2014-cü il bələdiyyə seçkilərində yol verilmiş qanunsuzluq hallarının görüntüləri ilə bağlı gündəmə gəlmişdi.

Həmin vaxt Əfruz Hacıyeva 15 saylı Yasamal I Seçki Dariəsinin 12 saylı seçki məntəqəsinin üzvü idi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib