Dərc edilib: 10-06-2023

https://www.nuh.az/34726-.html

Sərsəri erməni deyir ki, Bakı yox, Bakuraşen, bu bizim erməni şəhəridir

10.06.2023 12:15:14

LIVE

Ermənistanda Avropa İttifaqının sərhəd müşahidəçilərinin guya Zəngəzur, Basarkeçər  və Dərəyələyəzdə əvvəllər azərbaycanlıların yaşadıqları evləri nömrələdikləri  barədə iddialar yayılıb

Bütün diplomatik cəbhələrdə uduzan Ermənistan indi də yeni “günahkar” tapıb.  Bir müddətdir ki, İrəvan rəhbərliyi və erməni siyasi dairələri Avropa İttifaqının sərhəd missiyasını hədəfə alıəblar.  İddia olunur ki, guya missiya Azərbaycanın xeyrinə işləyir, Bakıya məlumatlar ötürür. Ermənilər onu unudurlar ki, Bakı bu missiyanın gəlməsinə qarşı olub.  

İndi də Ermənistanda Avropa İttifaqının sərhəd müşahidəçilərinin guya Zəngəzur (Sünik), Basarkeçər (Vardenis) və Dərəyələyəzdə (Cermux) əvvəllər azərbaycanlıların yaşadıqları evləri nömrələdikləri, erməniləri bu barədə sorğu-sual tutduqları barədə iddialar yayılıb.  Aravot.am saytı isə  bununla bağlı “araşdırma” aparıb, sakinlərlə görüşüb.  

Vaqatin kənd sakini, müəllim Karine Martirosyan deyib ki,  “Avropa İttifaqının müşahidəçiləri casusdurlar”. “Müəyyən rəylər toplayırlar, sərhəddə nəsə qeydlər aparırlar və hamısını Azərbaycana göndərirlər” deyə, o bildirib.  

vaghatin.jpg (132 KB)

Tiqran Abramyan isə bildirib ki, Aİ müşahidəçilərinin nəinki hərəkətlərinə, hətta gördükləri və çəkdikləri şəkillərə də tam nəzarət etmək mümkün deyil. “İstənilən halda, məlumatların üçüncü ölkələrin əlinə keçmədiyinə təminat yoxdur”.

Nairi Ohikyanın sözlərinə görə isə  Aİ-nin müşahidəçiləri tərəfindən toplanan məlumatlar Azərbaycanın “Layiqli qayıdış” adlanan proqramının həyata keçirilməsinə yönəlib. Bu proqram isə Azərbaycanın 1990-cı illərdə minlərlə azərbaycanlının bu kəndlərə qayıtmasını hədəfləyir.  

Vaqatin icmasının sakini Artem Hambardzumyan isə ermənilərin əslində xəstə fantaziyasını təsdiq edən fikirlər səsləndirib: “Biz nahaq azərbaycanlılara buralarda yaşamağa icazə verdik ki, bu gün onlarda evləri olduğunu iddia etsinlər. Eynilə Bakı da ermənilərlə dolu idi. Bakı yox, Bakuraşen, bu bizim erməni şəhəridir. Bu gün isə məsələn, bizim Vaqatin kəndi haqqında deyirlər ki, bu, Vəhudidir və burada azərbaycanlılar yaşayıb”.

Nairi Ohikyanın sözlərinə görə, Zəngəzurda Böyük Britaniyanın maraqları Azərbaycanla üst-üstə düşür: “Sünik(Zəngəzur-red) molibden ehtiyatlarına görə dünyanın ən zəngin rayonlarından biri hesab olunur. Böyük Britaniya mədənlərlə maraqlanır, istəyirlər ki, Azərbaycanla birgə sərbəst şəkildə faydalı qazantılardan istifadə etsinlər”.

village.jpg (166 KB)

Sayt Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorinə iddialarla bağlı yazılı sorğu göndərib.  

Sorğuya Aİ-dən belə cavab verilib: “Biz belə iddialar haqda məlumatlyıq, lakin onlar tamamilə əsassızdır. Aİ-nin müşahidə missiyasının mandatını Ermənistanla Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhədini əhatə edir. Müvəqqəti patrullar vasitəsilə toplanmış məlumatlar münaqişənin təsir etdiyi ərazilərdə insanların təhlükəsizliyinə töhfə verir. Aİ monitorinq missiyası Aİ Xarici Fəaliyyət Xidmətinin Mülki Əməliyyatlar Komandanı Stefano Tomatuya  hesabat verir. Ona Avropa Xarici Fəaliyyət Xidmətinin Brüsseldəki qərargahı kömək edir və qərargah vasitəsilə məlumatlar Aİ üzvü olan  dövlətlərə göndərilir”.

Göründüyü kimi, ermənilər bir vaxtlar bu ərazilərdə yaşamış azərbaycanlıların qayıda bilməsi planlarından  narahatdırlar.  

 

Orxan ƏLİYEV, 
Musavat.com 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib