Dərc edilib: 11-06-2023

https://www.nuh.az/34744-.html

DƏHŞƏTLİ QƏTL: Arvadını öldürdü, 20 hissəyə böldü, itlərə yedizdirdi -FOTO

11.06.2023 10:09:40

LIVE

Hindistanda baş verən dəhşətli qətl dünya mətbuatında geniş əks-səda doğurub.

Musavat.com xəbər verir ki, 56 yaşlı kişi həyat yoldaşını öldürdükdən sonra onun cəsədini parçalara ayırıb.

Qətlin dəlillərini ört-basdır etmək istəyən 56 yaşlı qatil arvadının cansız bədəninin hissələrini qazanda bişirərək itlərə yedizdirib.

Polis sözçüsü Şrikant Pathak mediaya bildirib ki, şübhəli Manoj Şani 32 yaşlı həyat yoldaşı Sarasvati Vaidyanı öldürüb. Cəsədi 3-4 gün evində gizlətdikdən sonra dəlilləri məhv etmək üçün hərəkətə keçən Şani həyat yoldaşının bədənini 20 parçaya bölüb. Arvadının bədən hissələrini qazada qaynatdıqdan sonra plastik torbalara dolduraraq sahibsiz itlərə paylayıb.

Hadisə ilə bağlı araşdırmalarını dərinləşdirən polis qrupları, qətldən sonra Manoj Şanini nəzarətə götürüb.

Qətlin motivi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.




NUH informasiya agentliyi səhifəsindən çap edilib