Dərc edilib: 11-06-2023

https://www.nuh.az/34747-.html

Tramp məxfi sənədləri burada gizlədibmiş - ŞOK FOTO

11.06.2023 11:02:31

LIVE

Prezidentlik müddəti bitdikdən sonra Ağ Evdə qoymalı olduğu sənədləri Florida ştatındakı Mar-a-Laqodakı evinə aparan Donald Tramp bəzi sənədləri tualetdə saxlayıbmış.


Musavat.com xəbər verir ki, Trampa qarşı irəli sürülən 49 səhifəlik iddianamədə evdəki faylların vəziyyətini göstərən fotoşəkillər də yer alıb.

2021-ci ilin aprelində vanna otağına qoyulduğu bildirilən qutular iyun ayına qədər orada qalıb.

Qeyd edək ki, Trampın 2021-ci ilin yanvarında qanunsuz olaraq özü ilə götürdüyü qutularda nüvə sirlərindən tutmuş xarici hərbi hesabatlara qədər bir sıra məxfi sənədlər olub.

ABŞ-ın federal məhkəmədə mühakimə olunan ilk prezidenti Donald Tramp çərşənbə axşamı Mayamidə ilk məhkəmə iclasına gələcək. Trampın həbs olunacağı gözlənilmir. 

 

6484fbb74e3fe025c46192a3.jpg (72 KB)

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib