Dərc edilib: 11-06-2023

https://www.nuh.az/34750-.html

Sabiq Prezident Bakiyev qiyabi 10 il azadlıqdan məhrum edildi

11.06.2023 23:12:58

LIVE

Qırğızıstanda keçmiş prezident Kurmanbek Bakiyev Kumtor qızıl mədənində korrupsiya ittihamı ilə qiyabi 10 il müddətinə azadlıqdan məhrum edilib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsi məlumat yayıb.

 
Məhkəmə həmçinin siyasətçinin əmlakını müsadirə edib və onu üç il dövlət vəzifəsində işləmək hüququndan məhrum edib.

Qeyd edək ki, Bakiyev 2005-2010-cu illərdə Qırğızıstan Prezidenti olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib