Dərc edilib: 13-06-2023

https://www.nuh.az/34759-.html

Vanqanın qorxulu proqnozları - dünyaya və Azərbaycana nə vəd edir...

13.06.2023 10:46:33

LIVE

Ekspertlər deyir ki, Rusiya Ukraynada uğursuzluğa düçar olarsa, taktiki nüvə silahına əl ata bilər 12 yaşında kor olan bolqarıstanlı Vanqa 1996-cı ildə dünyasını dəyişsə də, 11 sentyabr hücumları, Böyük Britaniyanın “Brexit”i kimi olayların baş verəcəyini əvvəlcədən demişdi. Vanqanın 2023-cü il üçün proqnozları da az vahiməli deyil:

 

“Dünya öz oxundan çıxacaq” deyən Vanqa 2023-cü ildə dünyanın hərəkət marşrutunda dəyişikliyin olacağını təxmin edib. Bu dəyişikliyin nəticələri isə faciəvi ola bilər. Çünki Yerin hərəkət oxunun çox az dəyişməsi belə ciddi iqlim dəyişikliyi və canlılar üzərində dağıdıcı təsirlərlə nəticələnə bilər. - Bioloji silahdan istifadə. Vanqa böyük ölkələrdən birinin insanlar üzərində biloji silahın sınağını keçirəcəyini və bunun minlərlə insanın ölümü ilə nəticələnəcəyini deyib. - Günəş sunamisi. Bolqar kahinin təxmininə görə, 2023-cü ildə tarix boyu bənzərinə rast gəlinməmiş günəş fırtınaları olacaq. - Laboratoriya körpələri. Vanqa 2023-cü ildə təbii yolla doğumlara son qoyulacağını deyirdi. Belə ki, bütün dünyada laboratoriya şəraitində uşaqların dünyaya gəlməsi tendensiya halını alacaq. - Nüvə fəlakəti. Kahin 2023-cü ildə böyük bir atom elektrik stansiyasında partlayışın olacağı qənaətində idi. Rusiya-Ukrayna müharibəsi fonunda Vanqanın proqnozları real görünür. 2022-ci ilin sentyabrında Vladimir Putin Rusiya ərazisini qorumaq üçün nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib. Rusiya liderinin Ukraynada kiçik “taktiki” nüvə silahının mümkün istifadəsi ilə bağlı açıqlaması dünya boyunca çox ciddi narahatlığa səbəb olmuşdu. Bu açıqlamadan sonra ABŞ Prezidenti Co Bayden Putinə xəbərdarlıq edərək, bunun İkinci Dünya müharibəsindən bəri ən dəhşətli hərbi eskalasiya olacağını demişdi. Vanqanın 2022-ci il üçün yeni QORXUNC FƏLAKƏT proqnozu – İkinci ölümcül virus gələcək – Medianews Söhbət hansı silahlardan gedir? Taktiki nüvə silahları (TNS) döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır. Onlar geniş radioaktiv çirklənmə olmadan müəyyən hədəfləri məhv etmək üçün istifadə oluna bilər. Ən kiçik taktiki nüvə başlığının gücü trotil ekvivalenti ilə bir kilotona qədərdir. Partlayışın gücü min ton trotilin partlama gücündən çox deyil. Ən böyük taktiki nüvə başlığı 100 kilotona qədər ola bilər. Strateji nüvə silahları daha güclüdür - 1000 kilotona qədər. Onlar həmçinin minlərlə kilometr məsafədə istifadə olunur. Tarixdəki ən güclü termonüvə partlayışı - Sovet Çar Bombası - 58 meqatondan çox idi. Xirosimaya atılan Amerika atom bombasının gücü 15 kiloton olub. Rusiyanın hansı taktiki nüvə silahı var? ABŞ kəşfiyyatının məlumatına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı var. Taktiki nüvə başlıqları qanadlı və ya taktiki raketlər, habelə artilleriya mərmiləri kimi adi döyüş vasitələrinə yerləşdirilə bilər. Taktiki nüvə silahı üçün təyyarə və ya gəmilərdən də istifadə edilə bilər. Belə döyüş başlıqları raketlərə, torpedalara və ya dərinlik bombalarına quraşdırılır. ABŞ iddia edir ki, Rusiya son illərdə bu cür silahların hazırlanmasına böyük sərmayələr qoyub, onların məsafəsini və dəqiqliyini artırıb. Taktiki nüvə silahları hərbi münaqişədə heç vaxt istifadə olunmayıb. ABŞ və ya Rusiya kimi nüvə gücləri hesab edirlər ki, adi müasir silahlar taktiki məqsədlərə nail olmaq üçün kifayət edir. Bundan əlavə, indiyədək heç bir nüvə dövləti taktiki nüvə silahlarından istifadə etməklə nüvə müharibəsi riskinə getmək istəməyib. Bununla belə, Rusiya strateji raketlərdənsə, taktiki nüvə silahından istifadəyə daha meylli ola bilər. Rusiya prezidentinin ötənilki açıqlamasından sonra belə qənaət formalaşıb ki, taktiki nüvə silahı şimal qonşumuz üçün adi silahların bir hissəsidir. 2022-ci ilin fevralında, Ukraynanın işğalından az əvvəl Vladimir Putin Rusiyanın strateji nüvə qüvvələrinin (RSNQ) “xüsusi döyüş vəziyyətinə” gətirilməsinə dair əmr verib və strateji nüvə qüvvələrinin təlimlərini keçirib. “Ölkəmizin ərazi bütövlüyü təhdid edilərsə, Rusiyanı və insanlarımızı müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil”, - Putin belə demişdi. Hərbi analitiklərin bir çoxu hesab edir ki, Rusiya müharibədə uğursuzluqla üzləşərsə, Ukraynada taktiki nüvə silahlarından istifadə edə bilər. 1945-ci ildən bəri ilk dəfədir ki, dünyada nüvə silahından istifadə olunması bu qədər real təhlükə kəsb edir. Təhdidlər real şəkil alacaqsa, dünyanı idarə edənlər bəşəriyyətin gələcəyi üçün bu ağılsız addımı atacaqlarsa, regionumuz üçün də təhlükə yaranacaq. Bu halda radiasiyalı, zəhərli buludların ölkəmiz üzərinə gəlməsi, keçməsi də qaçılmaz olacaq. Radioloqlar, nüvə fizikasından baş çıxaranlar nə deyir? Sərhədlərimizdən uzaqlarda olan dövlətlər arasında olacaq nüvə müharibəsi halında onun ölkəmizə zərərləri nə dərəcədə ola bilər? Akademik Adil Qəribov “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin sədri təyin edilib Radiasiya Problemləri İnstitutunun yaradıcısı, uzun illər “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri olmuş akademik Adil Qəribov “Yeni Müsavat”a deyib ki, nüvə silahları iki yerə bölünür: “Taktiki və strateji nüvə silahları var. Taktiki nüvə silahları daha kiçik gücdə olan silahlardır. Bu silahlar 10-15 kilometr məsafəyə təsir edə bilir. Strateji nüvə silahlarının təsir gücü isə daha böyükdür. ABŞ Yaponiyaya 2 strateji nüvə silahı atmışdı. Nəticələrini də bütün dünya gördü. Bu silahlar lokal xarakterli proseslərə səbəb olur. Rusiya nüvə silahlarının tətbiqi ilə bağlı ideyanı İngiltərə Ukraynaya kasıblaşmış uran əsasında hazırlanmış silahlarını vermək qərarından sonra gəldi. Rusiya düşündü ki, Ukrayna belə bir addım atsa, ona nüvə silahı ilə cavab verməlidir. Rusiya çıxılmaz vəziyyətdə qalacağı təqdirdə belə bir addımı ata bilər”. Akademik deyib ki, Rusiya nüvə silahlarının sayına və gücünə görə ilk yerdə olan dövlətdir: “Dünyada mövcud olan nüvə başlıqlarından yarıdan çoxu Rusiyadadır. Rusiyanın özünün məğlubiyyət halı ilə barışmaq fikri yoxdur. Yəqin ki, ilkin olaraq taktiki nüvə silahından istifadə edəcək. Ukrayna ərazisində Rusiya taktiki nüvə silahlarından istifadə etməli olsa, radioktiv buludlar şəklində qonşu dövlətlərə təsiri ola bilər. Bizim Azərbaycan üçünsə bunun heç bir təsiri olmayacaq”. Akademik bildirib ki, Azərbaycan üçün real nüvə təhlükəsi yarada biləcək 2 dövlət var: “İran sürətlə bu sahədə böyük strateji xətlər həyata keçirir. İranda artıq 60 faiz zənginləşmiş uran alıblar və bu xətti davam etdirirlər. Bizə dost olmayan qonşu dövlət Ermənistanda da bu sahədə müəyyən irəliləyiş var. 44 günlük Vətən müharibəsinin pikində Ermənistan tərəfi bəyan etdi ki, çirkli bombaya malikdirlər və bu bombadan istifadə edə bilərlər. Çirkli bomba taktiki nüvə silahlarında istifadə edilən həmin radioaktiv maddələrə hesablanmış, Britaniyanın Ukraynaya verdiyi çirkli bombalarla eynidir. Sadəcə, belə bombalarda nüvə partlayışından söhbət getmir. Bizim üçün bu sahədə 2 qonşu dövlətin hərbi taktikası daha çox əhəmiyyət kəsb edir”. Elşən MƏMMƏDƏLİYEV, “Yeni Müsavat”

NUH informasiya agentliyi səhifəsindən çap edilib