Dərc edilib: 15-06-2023

https://www.nuh.az/34789-.html

40 TİMSAH satışa çıxarıldı

15.06.2023 21:54:45

LIVE

Cənubi Afrika ölkəsi Namibiya 40 timsahı satmağa qərar verib.

 

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Namibiyanın Ekologiya və Turizm Nazirliyi vəhşi heyvanların vətəndaşlara hücumunu azaltmaq məqsədilə Zambezi və Kavanqo bölgələrində 40 timsahı satmağa qərar verib. Son illərdə vəhşi heyvanların sayının artdığını qeyd edən nazirlik, bunun da insanların yaşayış yerlərinin məhdudlaşdırılmasına səbəb olduğunu bildirib. Qeyd edək ki, Namibiya hökuməti 2019-cu ildən bəri vəhşi heyvanların hücumuna görə vətəndaşlara 2,3 milyon Namibiya dolları (200 000 AZN) təzminat ödəmək məcburiyyətində qalıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib