İtkin düşən 12 yaşlı yeniyetmənin tövlədə asılmış meyiti TAPILDI
Şanlıurfada bir ailə övladlarının itkin düşməsi ilə bağlı polisə müraciət edib.
Müsavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, 2 gündür axtarışları davam edən 12 yaşlı Əbdülbaki D tövlədə asılmış vəziyyətdə tapılıb.
Uşağın zorla kursa göndərildikdən sonra intihar etdiyi iddia edilir. Şanlıurfa Valiliyi hadisə ilə bağlı araşdırma apardıldığını bildirib.