Dərc edilib: 16-06-2023

https://www.nuh.az/34792-.html

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

16.06.2023 10:34:08

LIVE

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür.

NUH informasiya agentliyi səhifəsindən çap edilib