Dərc edilib: 17-06-2023

https://www.nuh.az/34805-.html

Kürdə batan yeniyetmələr...3 gün əvvəl məzun olmuşdu...

17.06.2023 11:27:21

LIVE

Neftçalada Kürdə batan üç yeniyetmə barədə bəzi məqamlar məlum olub.

“Qafqazinfo” xəbər verir ki, onların hər biri rayonun Beşdəli kənd sakinləridir.

 
 

18 yaşlı Elşən Əhmədov və 16 yaşlı Siyasət Əhmədov qardaşdır. E.Əhmədov orta məktəbi bu il bitirib, o, üç gün əvvəl məzun gününü qeyd edib. Çayda boğulan Teymur Məlikov isə Dövlət Sərhəd Xidmətinə (DSX) daxil olan təhsil müəsisələrindən birinin kursantıdır.

Yeniyetmələr ötən gün Kür çayının Neftçala rayonu, Cəngən kəndindən keçən hissəsində çimərkən boğulublar. Onların cəsədləri FHN tərəfindən tapılaraq ailələrinə təhvil verilib. 

Sail Ağasəlim

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib