Dərc edilib: 17-06-2023

https://www.nuh.az/34811-.html

DSX-nin baş çavuşu atəş açaraq intihar etdi - NİYƏ ?

17.06.2023 21:17:04

LIVE

Dövlət Sərhəd Xidmətinin Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açaraq intihar edib.


Dövlət Sərhəd Xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi müəyyən olunub.

 
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib