Dərc edilib: 17-06-2023

https://www.nuh.az/34814-.html

BRAVO marketə hücum elədi...“haramdır” deyib, 9 min dəyərində şərabları qırdı

17.06.2023 23:47:15

LIVE

Bakının Yasamal rayonu ərasizindəki marketə gələn naməlum şəxs orada olan spirtli içkiləri qəsdən sındıraraq ticarət obyektinə 9 min manata yaxın ziyan vurub.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.


Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində başqasının əmlakını qəsdən məhv etməkdə şübhəli bilinən İkram Hüseynov saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 186.1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda İ.Hüseynovun "haram olduğu üçün" içki şüşələrini qırdığı bildirilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib