Dərc edilib: 18-06-2023

https://www.nuh.az/34822-.html

Xoşqədəm - Gündə 8 çörək, yarım kilo Gəncə qaymağı yeyirəm, 4 stəkan da çirin çay

18.06.2023 11:32:00

LIVE

 

Teleaparıcı Xoşqədəm Baxşəliyeva heç bir pəhriz saxlamadığını, qida rasionunu tik-tok izləyiciləri ilə bölüşüb. Aparıcı canlı yayım açaraq izləyicilərinin suallarını cavablayıb.
 

 

“Vallah, yalan demirəm. Əvvəl yemirdim, yeni başlamışam yeməyə. Günə 8 çörək, yarım kilo Gəncə qaymağı, 300 qram tort yeyirəm. 4 stəkan da çirin çay içirəm. Çörəklər isti olmalıdır. Yediyimm yeməklər də yağlı olmalıdır. Məsələn, o gün piti yedim. Amma bu qədər yeməklə də gündə 24 kilometr də yol qət edirəm. Ona görə yediklərim görünmür” deyə o bildirib.
 
İzləyiciləri isə bunun bir zarafat olduğunu, onları ələ saldığını yazıblar.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib