Dərc edilib: 18-06-2023

https://www.nuh.az/34826-.html

Deputatdan nazirə cavab - Adımı siyahıdan çıxarıb ki...

18.06.2023 13:11:33

Günün sitatı

"Azərbaycan gənc müəllimlər Assosiasiasının  sədri Rüfət Əsədzadə 17 iyun tarixində keçirilən  Gənc Müəllimlərin III Forumuna məni dəvət edəndə bildirdi ki, proqramda mənim də çıxışım var. Foruma bir gün qalmış xəbər gəldi ki, Elm və Təhsil naziri Emin Əmrullayev adımızı çıxışçıların siyahısından çıxarıb. Yəqin düşünüb ki, özü hər şeyi hamıdan yaxşı bilir”.
 
Qaynarinfo xəbər verir ki, bunu deputat Etibar Əliyev bildirib.
"Tədbirə qatılmadım, ancaq düşünürəm ki, imkan yaradılsaydı gənc müəllimlərə həm də bir pedaqoq kimi bəzi tövsiyyələrimi verərdim", - E.Əliyev qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib