Dərc edilib: 22-06-2023

https://www.nuh.az/34859-.html

Yeni səfirimiz etimadnaməsini Zelenskiyə təqdim etdi - Foto

22.06.2023 08:43:23

Müsahibə

Azərbaycanın Ukraynaya yeni təyin edilən səfiri Seymur Mərdəliyev etimadnaməsini Prezident Volodimir Zelenskiyə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski tviter hesabında paylaşım edib.

 

“Ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfirləri təbrik edirəm. Biz birlikdə qaydalara əsaslanan beynəlxalq nizamı gücləndiririk və həyatı qoruyuruq”, - deyə Zelenski bildirib.

Zelenski Azərbaycanla yanaşı Norveç, İsveçrə, Pakistan və İslandiyanın səfirlərinin etimadnamələrini də qəbul edib.

Qeyd edək ki, 23 mayda Prezident İlham Əliyevin sərəncamı ilə Seymur Mərdəliyev Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib