Dərc edilib: 22-06-2023

https://www.nuh.az/34861-.html

Vay o gündən ki, robotlar bizdən ağıllı olsun -Süni intellekt

22.06.2023 10:34:54

Cəmiyyət

Bu günlərdə texnologiya dünyasında baş verən yenilik - elektrikmobil nəhəngi Teslanın hazırladığı insanabənzər robotu hər kəsi təəccübləndirib. Belə ki, “Tesla AI Day 2022”nin təqdimatı zamanı milyarder İlon Mask “Optimus” humanoid robotunun iki prototipini nümayiş etdirib.


"Qafqazinfo" xəbər verir ki, "Optimius"un təqdimat zamanı insanları salamlayaraq rəqs etməsi görənləri heyrətləndirib.

Onun eyni zamanda çiçəkləri sulaması, bəzi ev işlərini görməsi də böyük marağa səbəb olub. Təqribən eyni vaxta ABŞ-də İlon Maska insan beyninə çip implantasiyası üzrə klinik sınaqlar keçirməyə icazə verib. "Neuralink" bu çipin və ya travmatik beyin sistemi olan insanlara ağıl gücü ilə əlaqə qurmaq və kompüterləri idarə etmək imkanı verəcəyini bildirib. Beləliklə, süni intellekt ön plana çıxır. Ancaq müasir elm adamları süni intellektin bəşəriyyət üçün çox ciddi problemlər doğuracağından da narahatdır. 

Robotlarla bağlı bir müddət əvvəl azərbaycanlı alim, “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti Rafiq Əliyev "Bakupost.az"a müsahibəsində bu məsələyə toxunmuşdu. 

Videomüsahibədəki həmin hissəni təqdim edirik:

NUH informasiya agentliyi səhifəsindən çap edilib