FHN-in əməkdaşı özünü ağacdan asdı....
Goranboyda nişanlı cütlük özlərini asıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.
25 yaşlı Ceyhun Məmmədovun asılmış meyiti aşkar edilib, nişanlısı isə yaşadığı evin toyuq hinində özünü asarkən son anda anası tərəfindən xilas edilib.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Ceyhun Məmmədov FHN-in əməkdaşı olub, yanğınsöndürən işləyirmiş.
O, həmin axşam işdən qayıdarkən özünü asmaq məqsədilə marketdən kəndir alıb.
C. Məmmədov daha sonra atasına zəng edib, hallalıq verməsini və onu bağışlamasını istəyib. Atası ilə danışdıqdan sonra evlərinin yaxınlığında olan çayın kənarına gedib, oradakı ağacdan özünü asıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.