Dərc edilib: 23-06-2023

https://www.nuh.az/34872-.html

Gədəbəyin deputatı danışdı....

23.06.2023 12:26:42

LIVE

"Deputat həmkarlarımı təmkinli olmağa  və nəticəni gözləyib, mülahizələr yürütməyi çağırıram. Hazırda rayonda bu hadisələrlə bağlı iş aparılır. İlkin məlumatlar olsa da, nəticəni biz gözləməliyik". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Gədəbəydən seçilən deputat Sevinc Hüseynova deyib. 
Deputat bildirib ki, Sovet dövründən bu kənd alimlər kəndi kimi də tanınır: 
"Söyüdlü kəndində əhalinin əsas məşğulluq sahəsi əkinçilik, maldarlıqdır. Söyüdlü kəndinin əhalisi I və II Qarabağ müharibəsi zamanı vətəninə xidmət edib. Rayonumuzda baş verən hadisə məndə təəssüf hissi doğurur. Dağın başında halal əməkləriylə övlad böyüdən insanların ekoloji sağlam mühitdə yaşamaq istəyi onların hüququdur".

NUH informasiya agentliyi səhifəsindən çap edilib