Dərc edilib: 24-06-2023

https://www.nuh.az/34877-.html

Biz sona qədər gedəcəyik - Priqojin

24.06.2023 10:39:55

Mədəniyyət

"Biz Rostova daxil oluruq. Bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçib".


"Qafqazinfo" xəbər verir ki, bunu "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin teleqram kanalında deyib.

O qarşılarına çıxan hər şeyi məhv edəcəklərini və daha irəli gedəcəklərini bildirib:

"Biz sona qədər gedəcəyik".

Qeyd edək ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib. Priqojin bunun qisasını alacağını açıqlayıb. Rusiya MN isə onun ittihamını təkzib edib. Bundan sonra Rusiya Priqojinə silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib