Dərc edilib: 25-06-2023

https://www.nuh.az/34888-.html

Priqojin geri çəkildiyini açıqladı

25.06.2023 11:35:20

İdman

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin geri qayıtdıqlarını açıqlayıb.


“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, “Vaqner” rəhbəri Belarus lideri Aleksandr Lukaşenko ilə danışıqlardan sonra hərbi kolonunu geriyə döndərdiyini və əks istiqamətdə geri çəkildiyini bildirib.

 
O vurğulayıb ki, bu addımı qan tökülməməsi üçün atır, razılaşdırılmış plana müvafiq olaraq silahlı dəstə səhra düşərgəsinə qayıdır.

 

Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib