Dərc edilib: 30-06-2023

https://www.nuh.az/34919-.html

Türkmənistan prezidentinə saxta medal verilib -50 avro dəyəri var..)))

30.06.2023 12:35:43

LIVE

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) rəhbəri David Lappartye 2020-ci ildə Türkmənistanın ikinci prezidenti Qurbanqulu Berdiməhəmmədova saxta mükafat təqdim etdiyini bildirib. 


Musavat.com bildirir ki, bu etiraf Fransanın “Le Monde” qəzetində dərc olunub.

“Ona medal verdim. Mən ona dedim ki, bu, ən yüksək mükafatdır. Amma belə deyidil. Əlimizdə olan medalı götürüb arxasına həkk etdik. Təxminən 50 avroya başa gəldi”, - deyə UCI rəhbəri mediaya bildirib.

Turkmen.news-un yazdığı kimi, medal 2020-ci ildə “Türkmənistanda idmanın inkişafına verdiyi ölçüyəgəlməz töhfəyə və dünyada velosiped idmanının inkişafına əvəzsiz dəstəyə görə” ifadəsi ilə təltif edilib. Lappartien özü bu mükafatın 2007-ci ildən bəri heç kimə verilmədiyini vurğulayıb. Ona əvvəllər kimin layiq görüldüyü açıqlanmayıb. Sonradan idman analitikləri bu mükafatın qalibləri haqqında məlumat tapa bilmədilər.

Eurasianet izah edir ki, Lappartye indi Fransa Olimpiya Komitəsinin rəhbəri təyin olunması üçün lobbiçilik edir və bununla əlaqədar olaraq keçmişi təmizləmək qərarına gəlib.

Lappartyenin Berdiməhəmmədovla məzələnməsi, "Le Monde"-nin iddiasına görə onun ilk "günahı" deyil. Məqalədə qeyd olunur ki, beynəlxalq birliyin rəhbəri “İtera” qrupunun rəhbəri, Rusiya Velosiped İdmanı Federasiyasının fəxri prezidenti postunu tutan, Türkmənistanda doğulub boya-başa çatan rusiyalı oliqarx İqor Makarovla da dostluq münasibətləri saxlayıb. İndi Makarov sanksiyalar altındadır, ona görə də fransız jurnalistlər hesab edirlər ki, onunla ünsiyyət Lappartyeni nüfuzdan sala bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib