Dərc edilib: 30-06-2023

https://www.nuh.az/34923-.html

Cütü 5 min manata tovuzquşu: Zəngilanda təbiətə buraxmaq...VİDEO

30.06.2023 22:17:59

LIVE
Biləsuvar sakini Rafiq Muradov tovuzquşu təsərrüfatı yaradıb və onu genişləndirir. O, müxtəlif ölkələrdən olan bahalı quşları rayona gətirərək təsərrüfatına qatıb.
Rafiq Muradov təsərrüfatındakı tovuzquşlarını əsasən günəbaxan toxumu, qarğıdalı və buğda ilə bəsləyir.
Təsərrüfat sahibinin sözlərinə görə, ölkəmizdə nadir rast gəlinən yava tovuzquşunun cütü 5 min, 1 aylıq balasının isə cütü 1 500 manatdır.
 "Təsərrüfatı Zəngilanda artırıb quşları təbiətə buraxmaq fikrindəyəm”, - deyə R.Muradov qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib