İsmayıllıda tufana düşən Britaniya səfirindən paylaşım - Foto
İsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld geyim və zəruri əşyalarla təmin olunub.
"Qafqazinfo" xəbər verir ki, səfir bu barədə tviter hesabında paylaşım edib.
"İsmayıllıya ilk gəlişimi xüsusi edən insanlar: - bələdçimiz Elvin, Lahıc orta məktəbinin direktoru Dadaş müəllim, Şamaxı Rəsədxanasını bizə göstərən astrofizik Vafiq və onun tufandan sonra bizi qida və geyimlə təmin edən ailəsi. Qonaqpərvər azərbaycanlılar”, - deyə Fergus Auld yazıb.
