Dərc edilib: 03-07-2023

https://www.nuh.az/34932-.html

Pəhləvilərin gəlini Yasmin Pəhləvini Bakıya kim dəvət edib?

03.07.2023 11:50:08

LIVE

Güney Azərbaycan xalqının qəddar düşməni, 1946-cı illərdə on minlərlə soydaşımızı qətlə yetirən Pəhləvilərin gəlini Yasmin Pəhləvi Bakıdadır. Yasmin Pəhləvi İranın sonuncu şahının oğlu Rza Pəhləvinin həyat yoldaşıdır.


Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdə Yasmin Pəhləvinin Bakıda- Xəzər dənizində istirahət etdiyi əks olunub.
O deyir ki, buradan İrana bir neçə addımdır.

“Kaş ki, buradan öz Vətənimə gedə biləydim”, – Yamsin Pəhləvi əlavə edir.

İşin acı tərəfi isə budur ki, Yasmin Pəhləvi həmin görüntülərdə onu Bakıya dəvət etdiklərini bildirir.

Maraqlıdır, Pəhləvilərin gəlinini Bakıya kim dəvət edib?

Sosial şəbəkələrdə məsələ kəskin şəkildə qınanılır. 

Pəhləvilərin gəlininin Bakıya kim tərəfindən dəvət edilməsi ilə bağlı rəsmi məlumat yoxdur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib