Dərc edilib: 03-07-2023

https://www.nuh.az/34934-.html

Bu stansiyanın tikintisi 10 ildir yarımçıq qalıb - Fotolar

03.07.2023 16:38:37

LIVE

Təxminən 10 il öncə “Bakı Metropoliteni” QSC-nin Xətai rayonunda inşasına başladığı “Həzi Aslanov-2” metro stansiyasında işlər tamamlanmaq bilmir. Səbəbi isə heç kimə məlum deyil.


NUH.az    Oxu.Az-a istinadən xəbər verir ki, ərazi hasara alınsa da, tikinti işləri saxlanılıb.

 

“Həzi Aslanov-2” stansiyasının tikintisi çoxlarını sevindirsə də, görünən odur ki, əhalinin sevinci elə gözündə qalıb. 

10 ildən çoxdur hasarlanan əraziyə görə sakinlər yaşadıqları evə gedərkən yollarını dəyişmək məcburiyyətində qalırlar. Ərazidə yaşayan sakinlərdən biri deyir ki, burada işlər başlayanda nəvəsi 1-ci sinfə gedirdi, bu il isə artıq məzun oldu:

“Əvvəl iş görürdülər, indi isə heç bir iş görülmür. Ərazidə obyekt sahibləri ilə yanaşı, yaşayış binalarının sakinləri də toz-torpaq içərisində əziyyət çəkirlər”.

“Həzi Aslanov-2” və həmin xətt üzrə digər yeni stansiyalarının gələcək aqibəti isə müəmmalı olaraq qalır.

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib