Dərc edilib: 12-07-2023

https://www.nuh.az/34974-.html

Tanınmış pedaqoq Cəbrayıl Şıxəliyev yazır...

12.07.2023 08:11:25

Maraqlı
Hər şey Zəngilanın Qaragöz kəndindən bir yeniyetmənin ABŞ-ın Vaşinqton şəhərindən paylaşdığı bir fotoya rəydən başladı.Öz isti münasibətimi bildirdim,illər öncə Bakıda bir məclisdə bu yeniyetmənin atası ilə bir söhbəti unutduğu barədə bir zarafat da etdim.Sən demə,bu yeniyetmə mənimlə söhbətini xatırlatdığım şəxsin qardaşı oğlu imiş.
Dünən mənim telefonumu aradılar,verdim.Aradan 10-15 dəqiqə keçməmiş zəng gəldi.
Danışdıq.
Atəşdir,Qaragözdən.Sizinlə görüşmək istəyirəm.
Görüşdük.
Məlum oldu ki,illər öncə söhbəti Bakıdan Vaşinqtona xatırlatdığım Qaragöz kəndində özünün sadəliyi,zəhmətsevərliyi ilə seçilən dəmiryolçu dostum rəhmətlik Orucov Mirzəmmədin oğlu Yavər imiş.Və Yavər qardaşına mənim feysbukda yazdıqlarımı xatırladır...
Dünən bir neçə saat 7-ci mikrorayonda özünün səliqə-sahmanı ilə seçilən "QƏBƏLƏ" restoranında keçirdik,səmimi söhbətimiz oldu.
Bu şəkil də həmin görüşün bir anıdır.
Orucov Atəş Mirzəmməd oğlu ADBT və İdman Akademiyasının məzunudur,müəllim olmayıb,taleyini başqa sahədə sınayıb,biznesmendir.Və nə yaxşı ki,müəllim olmayıb,yoxsa o da Eşqi kimi bir özbaşınanın haqsızlığına düçar olardı,əsəb-stres keçirərdi.6 ildir,mən o stresin içindəyəm,heç eşidən də yoxdur...
Belə sözünə sadiq,elinə-obasına bağlı,səmimi bir Vətən oğlu ilə görüşümüzdən son dərəcə məmnun olduq - həm mən,həm də digər Zəngilan oğulları Çöpədərədən şəxsiyyətinə hörmət eydiyim məktəb direktoru rəhmətlik Söhrab müəllimin oğlu Eldar müəllim,Hacallıdan yaxşı tanıdığım mərhum dəmiryolçu Qurban kişinin oğlu Nəriman müəllim.
Fürsətdən istifadə edib Zəngilanın sözünə sadiq,sanballı,haqq itirməyən,səmimiyyəti ilə seçilən övladlarını salamlayır,onların hamısına zəngilanlı günlər arzulayıram.  
Tanınmış pedaqoq  Cəbrayıl Şıxəliyev 

 

 

Bir 1 nəfər şəkili ola bilər

NUH informasiya agentliyi səhifəsindən çap edilib