Dərc edilib: 12-07-2023

https://www.nuh.az/34975-.html

Ərdoğanın maaşı deputatların maaşından aşağıdır

12.07.2023 08:21:00

İqtisadiyyat

Türkiyənin vitse-prezident Cevdet Yılmaz dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın maaşının millət vəkilinin maaşından az olduğunu açıqlayıb.

 
 

"Qafqazinfo" xəbər verir ki, o, sözügedən məsələlərin polemikaya çevrilməməsinin tərəfdarı olduğunu bildirib:

"Prezidentimizin maaşı ilə bağlı bəzi açıqlamalar oldu. Baxın, bunu çox açıq və qəti deyim; - hazırda prezidentimizin maaşı deputatın maaşından aşağıdır. Nazir müavinlərinin maaşından aşağıdır. Niyə belədir? Çünki o, şəxsi üstünlükləri ilə bir müddət maaş artımına imkan vermədi”, - deyə C. Yılmaz vurğulayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib