Dərc edilib: 13-07-2023

https://www.nuh.az/34983-.html

AZİ-nin TAZƏ REKTORU

13.07.2023 18:04:39

LIVE

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru vəzifəsi Vazeh Əskərova həvalə olunub.


Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı əmr imzalayıb. 

Nazirin digər əmri ilə ADNSU-nun Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub. 

Vazeh Əskərov Azərbaycan Dillər Universitetində bakalavr, Fransanın Marc Bloch Universitetində 2 magistr, Strasburq Universitetində doktorluq təhsili alıb. 

Qeyd edək ki, bundan əvvəl ADNSU-nun rektoru Mustafa Babanlı idi. O, bir neçə gün əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib