Dərc edilib: 15-07-2023

https://www.nuh.az/34994-.html

25 uşağı zəhərləyən BAĞÇA müəlliməsi edam edildi

15.07.2023 15:25:40

LIVE

Çində məhkəmə 25 şagirdini zəhərləyən və birini öldürən uşaq bağçası müəllimi Vanq Yunun edamını elan edib.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Henan əyalətinin Birinci Dairə Məhkəməsinin qapısına asılmış elana görə, uşaq bağçası müəlliməsi Vanq dünən edam olunub.

 
 

27 may 2019-cu ildə Vanqın Mengpeng uşaq bağçasında 25 şagirdin düyü sıyığına zəhərli natrium nitrat qarışdırmasından uşaqlar zəhərlənib, Vanq adlı şagird isə 10 aylıq müalicədən sonra orqan çatışmazlığından dünyasını dəyişib.

Bağça müəlliməsi Vanqın ərini daha əvvəl internetdən aldığı eyni maddə ilə zəhərləməyə çalışdığı bildirilir.

Qeyd edək ki, daha öncə müəllimə “qəsdən zərər vurmaq” ittihamı ilə 9 ay həbs cəzası verilib, sonradan bu cəza ölüm cəzası ilə əvəzlənib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib