Dərc edilib: 31-07-2023

https://www.nuh.az/35001-.html

Sabirabadda 12 yaşlı əkiz qardaşları və...elektrik cərəyanı vuraraq öldürüb

31.07.2023 13:33:05

LIVE

Sabirabadda 12 yaşlı əkiz qardaşları və 16 yaşlı qohumunu su kanalında elektrik cərəyanı vuraraq öldürüb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - əkiz qardaşlar 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib