Dərc edilib: 31-07-2023

https://www.nuh.az/35010-.html

Surət Hüseynov vəfat etdi

31.07.2023 21:51:58

Cəmiyyət

Sabiq Baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.


NUH.az    xəbər verir ki, bu barədə APA-ya yaxınları bildirib.

 

Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.

Qeyd edək ki, bu gün günorta saatlarında Surət Hüseynovun ölüm xəbəri yayılmışdı. Onun Moskvadan İstanbula uçan təyyarənin eniş etdiyi zaman ürəktutmadan vəfat etdiyi deyilsə də, komaya düşdüyü, özəl xəstəxanalardan birinə yerləşdirildiyi məlum olmuşdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib