Dərc edilib: 03-08-2023

https://www.nuh.az/35043-.html

Köhnə sandıqlar açılır! Pənah Hüseyn və Nemət Pənahlı dueli - CANLI YAYIN

03.08.2023 14:12:56

Hadisə

Belə ki, bir sıra media orqanlarında sabiq baş nazirin yaxınları onun tədricən zəhərləndiyini iddia ediblər. 


Onlar bildirir ki, Surət Hüseynov Azərbaycandan ona göndərilən ərzaq məhsullarının vasitəsilə zəhərlənib. Surət Hüseynovun kürəkəni Kamran Məmmədov Gununsesi.info-ya açıqlamasında bu iddiaları təkzib edib:

“Surət müəllim uzun müddət idi ki, xəstə idi. Mən inanmıram ki, hansısa zəhərlənmə şübhəsi olsun, indi bunu kimlərsə deyib. Bilmirəm niyə deyiblər, ancaq o xəstə idi və xəstəliyin nəticəsində də vəfat edib”.

Surət Hüseynovun siyasi partiya yaratması barədə onun mətbuat katibinin dediyinə gəlincə, Kamran Məmmədov bu iddianı da inkar edib: “Onun siyasi partiya yaratma istəyi olmayıb. Belə bir şey olsa mənim də xəbərim olardı. Surət müəllim son bir il idi ki, canıyla əlləşirdi”.


Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da AXP sədri Pənah Hüseyn və Milli Azadlıq Hərəkatının öncüllərindən Nemət Pənahlı üz-üzə gələcək. Müzakirədə tasmaşaçılarımız da iştirak edə bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib