Dərc edilib: 03-08-2023

https://www.nuh.az/35044-.html

26 yaşlı gözəllik kraliçası faciəvi şəkildə öldü - Fotolar

03.08.2023 17:48:16

LIVE

Venesuelanın gözəllik kraliçası Ariana Viera avtomobil qəzasında həlak olub.  

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı Viera sükan arxasında yuxuya getdiyi üçün arxadan başqa bir avtomobilə çırpılıb.

Vieranın anası bildirib ki, qəza yerində həkimlər onu 2 dəfə həyata qaytarsalar da, xəstəxanaya aparılarkən yolda vəfat edib. Qızının xeyirxah və yardımsevər olduğunu deyən ana qeyd edib ki, bu qəzaya səbəb onun yorğunluğu olub. 

Qeyd edək ki, Ariana Viera modelliklə bərabər “Full House Cleaning” adlı təmizlik şirkətini də idarə edirib. Model bu ilin oktyabrda Dominikada keçiriləcək "2023 Dünya Latın Amerikası" gözəllik yarışında ölkəsini təmsil etməyə hazırlaşırmış.

Ariana Viera mayın 2-də instaqram səhifəsində “Gələcək dəfn mərasimim üçün özümü çəkirəm” sözləri ilə video yerləşdirib.

 

 







NUH informasiya agentliyi səhifəsindən çap edilib